independent news and opnion

Şərqi Timor ətrafında baş verən proseslər – Emil Paşayev

0 10


Şərqi Timor ətrafında baş verən proseslər

7 dekabr 1975 ci ildə, Şərqi Timor xalqı üçün tarixi sınaq dövrü oldu. İndoneziya həmin gün Şərqi Timora tam miqyaslı hərbi əməliyyatlara başladı, paytaxt Dili ələ keçirildi və Fretilin tərəfdarları digər ərazilərə qaçmağa məcbur oldu. Portuqaliya (Şərqi Timoru faktiki idarə edən müstəmləkə güçü) İndoneziya ilə diplomatik əlaqələri kəsərək, məsələyə çox sərt reaksiya verdi. Bunun ardınca İndoneziyanın hərbi müdaxiləsinin dayandırılması üçün BMT-ə müraciət etdi. İndoneziya, öz növbəsində, 1975 ci ildə Fretilin Şərqi Timorun müstəqilliyini elan etdiyi gün, Portuqaliyanın suveren hüquqlarını tanımadığını elan etdi.

Portuqaliya Timoru kimi tanınan Şərqi Timor, İndoneziya arxipelaqının cənub-şərqində yerləşir. Burda yaşayan xalq əsasən Malay və Malaneziyalılar və onlarla qaynıyıb qarışan etnik afrikan, ərəb və çinlilərdən ibarətdir. Bu ərazidə ən çox danışılan dil Tetum dilidir. 1975 ci il İndoneziyanın bu ərazini tutmasına qədər, Şərqi Timur 400 ildən artıq bir müddət də Portuqaliyanın bir koloniyası olmuşdu. Şərqi Timor əhaləsi ( təxminən 8 milyon ) əsasən kəndlilərdir. İqtisadi cəhətdən geri qalan bu ölkə müstəmləkə dövründə Portiqaliyadan idxal və subsidiyalardan çox asılı idi. Əhalinin əksəriyyətinin yaşayışı subsidiya almış kənd təsərrüfatından çox asılı idi. Bu regionda əsas din Xritsian dinin Katoliklik qolu olsada, İslam tərəfdarları da var. Bu dinlərlə yanaşı bəzi regionlarında yerli xalq animist inclara etiqad edir.

1974 cü ildə Portuqaliyadakı çevrilişdən əvvəl Şərqi Timordakı siyasi sistem Portuqaliya diktaturasının bir yansıması idi. Şərqi Timor, 1953 cü il Portuqaliyanın xarici ərazilərində varlığı qanununa əsasən Portuqaliyanın bir əyaləti hesab olunurdu. Ərazi Konkelhoslara (Concelhos) bölünmüşdü. Konkelhosun rəhbərliyinə səlahiyyətləri çox olan və yalnız Portulqaliyalı bir məmur Konkelhos rəhbərlik edirdi. Hər bir Konsolho daha Potos adlanan daha kiçik ərazi vahidlərinə bölünürdü. 1974 cü ilə qədər bu vəzifələrdə olan məmurların 60%-i timorlulardan təşkil olunmuşdu. Portuqaliyada 1974 cü ildə baş verən çevrilişdən sonra bu ərazidə bu məmur təbəqəsi siyasi olaraq fəallaşdı. Bu çevriliş Portuqaliyada və onun koloniyalarında demokratiya qurmaq üçün Silahlı Qüvvələr (MFA) hakimiyyətə gəldi. Elə həmin ilin iyununda Portuqaliyadakı yeni rejim Timorlular üçün yeni gələcəyə doğru 3 planlarını açıqladı. Bunlar, Portuqaliya ilə birləşmək, müstəqillik və ya İndoneziyaya inteqrasiya. Maraq doğuran məsələ o idi ki, İndoneziya ilə inteqrasiya etməsini təklif edən Portuqaliyaya qarşı İndoneziya bildirmişdir ki, onların Portuqal Timor ərazilərinə iddiaları yoxdur.

Portuqaliyadakı çevrilişdən bir neçə həftə sonra artıq Şərqi Timorda yeni siyasi qruplar meydana gəlməyə başladı. Üç əsas siyasi partiya Portuqaliya hökümətinin təklif etdiyi bu üç variantı dəyərləndirdi. Burada Timor Demokratik Birliliyi (UDT), Timor Sosial Demokratlar birliyi (ASDT) və Şərqi Timor İnqilab cəhbəsi (Fretili) və Apodeti var idi.

UDT öz fəaliyyətinə ilk başlarda Portuqaliya ilə daimi birləşmənin tərəfdarı olan bir partiya kimi başladı, lakin sonradan müstəqilliyə gedən yolda müvəqqəti olaraq Portuqaliya ilə bir federasiya olmağ mövqeyindən çıxış etdi. ASDT-i müstəqillik hüququ və müstəmləkəçiliyin rədd edilməsi və neokolonializmə qarşı mübarizə aparmaq mövqeyini ortaya qoydu. İlk başlardaca dekolononizasiyanın uzun bir proses olacağını bilən ASDT, 1974 cü ilin sentyabrında Fretilin və Portuqaliya hökümətindən Şərqi Timora dərhal müstəqillik verməsini tələb etdi. Şərqi Timor və indoneziya xalqları arasında yaxın etnik və mədəni əlaqələrin olduğunu bildirən Apodeti, İndoneziya ilə inteqrasiyanın lazım olduğunu bildirdi. Apodeti heç vaxt böyük dəstək almadı. Bununla belə, Apodeti Şərqi Timorda İndoneziyanın maralarının təmin olunması üçün vacib bir mərkəz oldu.

1975 ci ilin yanvarında iki əsas partiya UDT və Fretilin koalisiya yaratmağa razılaşdılar. 7 may 1975 ci ildə Portuqaliya hakimiyyəti və UDT və Fretilin üzvlərindən ibarət nümayəndə heyəti arasında dekolonizasiya ilə bağlı danışıqların birinci mərhələsi başladı. Danışıqlar zamanı Fretilin, Apodetinin Makaoda keçiriləcək gələcək danışıqlara daxil olunmasına öz etirazını bildirərək, kolonizasiyanı müdafiə edən və İndoneziyaya inteqrasiya etmək etəyən bir tərəfin bu dekolonizasiya danışıqlarında rol oynamasının yersiz olduğunu bildirdi. UDT isə Fretilin istədiyi köklü aqrar və təhsil islahatlarından ehtiyat edərək qısa zaman sonra koalisiyadan çıxdı. 26–28 iyun 1975 ildə keçirilən Makao görüşünü Apodetinin iştirakına etiraz olaraq, Fretil tərəfi baykot etdi. Lakin buna baxmayaraq, Portuqaliya höküməti UDT və Apodeti tərəfindən dəstəklənən və razılaşdırılan konstutsiya qanunu qəbul olunduğunu elan etdi. Yeni qanuna əsasən 3 il ərzində Şərqi Timora müstəqillik verilməli idi. Bundan əlavə 1976 cı ilin oktyabrında Portuqaliyanın siyasi himayəsinin iki il sonra bitməsi ilə ərazini idarə edəcək mükəmməl bir mexanizm təklif edildi.

Portuqaliyanın siyasi sistemindəki ixtilaflar, Şərqi Timor siyasətinə də təsir göstərdi və bu gedişat İndoneziya tərəfindən vəziyyətin gərginləşdirilməsi üçün istifadə olundu. İndoneziya tərəfi Fretilini, Çin və Vyetnam ilə təlimlər keçirməklə İndoneziyanı təhdid etməkdə günahlandıraraq vəziyyəti makisumum gərginləşdirdi. Tərəflər arasındakı gərginlik və etimadsızlıq UDT tərəfindən çevrilişlə nəticələndi. 20 avqust 1975 ci ilə qədər bölgədə vətəndaş müharibəsi gedirdi. Elə həmin ilin oktyabrında Fretilin bölgəyə tam nəzarət etdiyini və keçkid şurasını qurduğunu elan etdi. İndoneziya, İndoneziya tərəfdarlarının təhlükəsizliyini təmin edəcəyini bildirdi. 28 noyabr Fretilin Şərqi Timoru müstəqil demokratik respublika elan etdi. Portuqaliya höküməti Fretilinin bəyannaməsini və UDT, Apodeti və başqaları bu hərəkətləri ilə Portuqaliyanın bu regiondakı suverenliyinin təhlükə yaratdıqlarını bildirərək buna sərt reaksiya verib, bəyannaməni rədd etdi. 30 noyabr 1975 ci ildə Portuqaliya nümayəndələri Şərqi Timor məsələsinin həllində kömək üçün Birləşmiş Millətlər Təşkilatına müraciət etdilər. Bu proseslər fonunda İndoneziya Şərqi Timora hərbi müdaxilə edib onu ilhaq etdi.

11 dekabr 1975 ci ildə BMT-nin Qəyyumluq Komitəsi İndoneziyanı geri çəkilməyə çağırdı və Şərqi Timorun ərazi bütövlüyünün pozulmamasının yolverilməz olduğunu bildirdi. Baş Assambleyada qəbul olan qətnamənin lehinə 72 səs verildi, 43 ölkə bitərəf qaldı. Bununla da İndoneziyanı, Şərqi Timor xalqnın öz müqəddaratını təyin etməsinə və o ərazilərin dərhal tərk edilməsinə səslədi və hərbi müdaxiləni qınadı.

İndoneziya hakimiyyətinin köməyi ilə UDT, Apodeti və digər kiçik qruplar Şərqi Timorun Müvəqqəti Hökümətini (PGET) qurdular. 31 may 1976 cı ildə yeni çağrılmış Şərqi Timor Xalq Nümayəndələri Şurası, İndoneziya ilə birləşmək barədə qərara gəldilər və bu barədə sənədi təsdiqlədilər. Bununla da 29 iyun 1976 cı ildə birləşmənin rəsmi qəbul olduğunu elan etdilər. Ərazinin ilhaqını qanuniləşdirən qərarı isə 15 iyul 1976 cı ildə təsdiqlədilər. O vaxtdan bəri beyinlərdə iki sual yarandı. İndoneziyanın silahlı müdaxiləsinin haqlı olub-olmaması və bu ilhaqda Şərqi Timor xalqının öz müqəddəratını təyin etmədə iştirak edib-etməməsi.

İndoneziya, Şərqi Timorun ərazisindəki marağını və ilhaqını, Şərqi Timoru İndoneziya arxipelqanın ayrılmaz bir hissəsinə çevirən coğrafi, tarixi, etnik və mədəni əlaqələrindən qaynaqlandığını arqument kimi gətirdi. Şərqi Timorun müstəqilliyi bölgənin iqtisadi geriliyi baxımından da qeyri-real idi. Ancaq Birləşmiş Millətlər Təşkilatının müstəmləkə ölkələrinə və xalqlara müstəqillik verməsi haqqında bəyənnaməsinin 3-cü bəndi, siyasi, iqtisadi, sosial və təhsil sahəsində ölkənin qeyri-adektvatlığı müstəqilliyin təxirə salınması üçün bir arqument kimi qəbul olunmamalıdır. İndoneziya tərəfi, Şərqi Timorun dinc dekolonizasiyasına və daxili təhlükəsizliyinə, həm də Cənub-Şərqi Asiya bölgəsinin sabitliyinə təhlükə yaradan məsələlərə müdaxilə etmək üçün mənəvi məsuliyyət daşıdığını bildirərək, silahlı müdaxələsinə haqq qazandırdı. İndoneziya Baş Assambleyanın 1514 (XV) və 1541 (XV) Qətnamələrini sitat gətirərək ilhaqını müdafiə etdi.

1- Ilhaq olunan ərazinin azad siyasi qurumları olan inkişaf etmiş özünüidarəetmə sisteminə sahib olmalı idi ki, xalq dekolonozasiya prosesindən məlumatlı və demokratik şəraitdə məsuliyyətli seçim edə bilsinlər.

2- İlhaq olunan ərazidəki xalqların, sərbəst şəkildə öz istəklərini ifadə edərək, statuslarının deyişdirilməsinə nail olmaq, öz iradələrini demokratik proseslər vaistəsi və qərazsiz şəkildə həyata keçirilən seçkilər ilə ifadə etmək imkanları olmalıdır.

BMT zəruri hesab etdikdə bu proseslərdə bir başa iştirak və bu proseslərə nəzarət edə bilər.

1997-ci ildə Cənub-Şərqi Asiyaya təsir edən maliyyə böhranı İndoneziyaya çox ciddi zərbə vurdu. Bununla da 80 və 90- cı illərdə əldə etdikləri uğurlu iqtisadi nəticələri zəiflədi və iqtisadi artım tempi minimum oldu. İndoneziya Rupiahının kəskin dəyər itirməsi, Cənub-Şərqi Asiyada ən uzun müddət hakimiyyətdə qalan genaral Suhartonun hakimiyyətinin artıq laxlamasına və onun vəzifəsindən uzaqladırmaq lazımdır çağrişları başladı. İqtisadi çöküş bir çox sosial təsirlərə səbəb oldu. Sosial iğtişaşlar fonunda demokratik hakimiyyətə keçid çağrışları artdı. Suharto, prezidentlik postunu varisi BJ Habibie-yə verdi. O, isə öz növbəsində getdikcə artan beynəlxalq təzyiq və vətəndaş cəmiyyətinin təzyiqləri ilə Şərqi Timorun həll olunmamış məsələsinə daha çox diqqət yetirərək onun həllinin tez bir zamanda tapamağa çalışdı. İqtisadi çöküşün səbəbləri kimi köhnəlmiş kapitalizm, şübhəli kreditlər və.s kimi göstərilirdi. İndoneziya iqtisadiyyatının zəifləməsi fonunda xüsusən azlıqların üstünlük təşkil etdiyi ərazilərdə zaman-zaman şiddətli etirazlar baş qaldırırdı. İndoneziya prezidenti BJ Habibie, demokratikləşmə prosesini sürətləndirmək üçün Şərqi Timorda referendum keçirməyə razılıq verərək azlıqların istəklərini yerinə yetirdi. Bu andan etibarən proseslər sürətlənir və BMT 30 avqust 1999 cu ildə Şərqi Timor xalqının taleyini həll etmək üçün referendum keçiriləməsini qərara alır. BMT-nin referendum qərarına baxmayaraq, referenduma kimi İndoneziya hərbçiləri və Şərqi Timor sakinləri arasında silahlı atışmalar baş verirdi. Referendum günü Timor xalqı fəallıqla seçkidə iştirak etdi və 4 sentyabr 1999 cu ildə nəticələr bəlli oldu. Seçicilərin 78,5%-i müstəqilliyin lehinə səs verdi. Bu nəticə qan töküləcəyinin bir siqnalı idi. Elədə oldu, müstəqillik və müstəqillik əlehdarları arasında çox ciddi zorakılıqlar baş verdi. Bu zorakılıqlardan sonra 7 sentyabr 1999 cu ildə bölgədə hərbi vəziyyət tətbiq edildi. Qorxulan oldu, nəticədə İndoneziya silahlı qüvvələri proseslərə müdaxilə etdi. Bununla da ordu İndoneziyaya ilhaq olunma tərəfdarı olan milislərə icazə verdi ki, Şərqi Timorun qərb bölgələrini İndoneziyanın tərkib hissəsi olması üçün tutsun. Müstəqilliyin əleyhinə olan qüvvələr, müstəqillik tərəfdarları olan siyasi aktivistlərin ovuna başladılar. Onlar paytaxt Dilidə evləri yandırıb, dövlət binalarına zərər verdilər. Bundan sonra Avstraliya BMT-nin himayəsi ilə sülhməramlı qüvvələri bura gətirməyə təşəbbüs göstərdi. Burada bir faktı qeyd etmək lazımdır ki, Şərqi Timorun İndoneziya tərəfindən işğalını yalnız Avstraliya tanıdı, dünyanın bu məsələdə sakit qalması fonunda. BMT Şərqi Timor üçün (İNTERFET) adlanan bir sülhməramlı qüvvələr toplamaq qərarına gəldi. İNTERFET-ə komandan kimi avstraliyalı general-mayor Peter Cosgrove təyin olundu. Çoxmillətli qüvvələr (MNF) Avstraliya qoşunlarının rəhbərliyi altında, Vyetnam müharibəsindən bəri Cənub-Şərqi Asiyaya ilk dəfə gəldi.

Cənub-Şərqi Asiya Millətlər Assosiasiyasının (ASEAN) və onun Regional Formunun (ARF) tərəfindən izahat tələb olundu ilk olaraq. Ancaq böhrandan nisbətən səngiməsindən sonra ASEAN-a üzv olan bütün ölkələr, İndoneziyaya qarşı düşmənçilik etmək istəməyən və eyni zaman da bir-birinin daxili işlərinə qarışmamaq prinsiplərinə riayət edərək Şərqi Timor məsələsində susmağa qərar verdilər. Şərqi Timor böhranı ilə əlaqədar Yaponiyanın Baş naziri Keizo Obuchi, Yaponiyanın bölgəyə sülhün qaytarılması üçün vaistəçi və əməkdaşlıq edəcəyini bildirdi. Çin Şərqi Timora polis kontingetinin göndərilməsinə qərar verir. Rəsmi Pekin, həmişə olduğu kimi regional qaynar nöqtələrə beynəlxalq müdaxiləni Tayvan, Sincan və Tibet üzərində mümkün xarici fəaliyyət üçün bir presedent olaraq görürdü. Bütün bunlara baxmayaraq Çin, Şərqi Timor məsələsində BMT-nin mövqeyini dəstəklədiyini bildirdi.

Şərqi Timor böhranı, iqtisadi cəhətdən Doldrums içində olan bir ölkə olan İndoneziya höküməti üçün səmimiyyətlərini sübut etmək üçün böhrandan çıxmaqda BMT-nin tövsiyyə, təkliflərinə və referendumun nəticələrinin tanınmasına dair bir yaxşı sınaq idi. Hazırda Şərqi Timor müstəqil bir ölkədir.



Source link